hia.az
hia.az

Əhmədin öldürdüyü Mehman mən deyiləm - Açıqlama

16 dəfə baxılıb 14-02-2024, 13:02

 



Oğlu tərəfindən qətlə yetirilən Mehman Əhməd oğlu Əhmədovla ad, soyad və ata adımız üst-üstə düşür, amma o, mən deyiləm.

Bu sözləri Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin İnfranstruktur departamentinin sabiq rəisi Mehman Əhmədov qətlə yetirilməsi haqda xəbəri təkzib edərkən deyib.

O, övladı tərəfindən qətlə yetirilən şəxslə heç bir əlaqəsi olmadığını bildirib:

“Bəli, mən də Mehman Əhməd oğlu Əhmədovam, amma həmin şəxs deyiləm. İnformasiya düzgün verilməyib. Sadəcə, Quqlda ad, soyad, ata adını yazıb adamın kimliyini öyrənmək istəyiblər, nəticə də belə olub.

Bəli, 2022-ci ilin sonuna kimi ADY-də İnfranstruktur Departamentinin rəisi olmuşam və cənab Prezident tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Həmin informasiyanı götürüb, xəbərə əlavə ediblər. Axı ad-soyad uyğun gəlir. Bu məsələ mənə, ailəmə, doğmalarıma, dostlarıma böyük sarsıntı yaşatdı”.(Globalinfo)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi