hia.az
hia.az

Azərbaycanda Həcc ziyarəti üçün 5 ildə 2660 manat BAHALAŞIB

92 dəfə baxılıb 12-02-2024, 11:35


Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

Qeyd edək ki, Həcc ziyarəti İslam dininin 5 şərtindən biridir. Müsəlmanlar Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşən Kəbəni ziyarət edir və öz dini ayinlərini icra edirlər. Hər il milyonlarla insan Kəbəni ziyarət edir. Ölkəmizdə Həcc ziyarətini Qafqaz Müsəlmanları İdarəsi təşkil edir.

Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Sosial şəbəkələrdə qiymət müzakirələrə səbəb olub. Bir çoxları ziyarət qiymətinin çox olmasından şikayətlənib, bəziləri qiymətlərin normal olduğunu bildirib.

Modern.az Həcc ziyarətinin qiymətinin son illər necə dəyişdiyini araşdırıb
Qeyd etdiyimiz kimi, Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün bu il qiymət 5850 dollar, yəni təxminən 10 min manat təşkil edir. Bu, ötən illə müqayisədə 100 dollar artıqdır.

2023-cü ildə Azərbaycandan 1440 zəvvar Həccə gedib. Bu il üçün kvotalar açıqlanmayıb. 2022-ci il üçün 280 nəfərlik kvota təyin olunmuşdu.

Ümumilikdə, pandemiyadan əvvəlki dövrlə müqayisədə Azərbaycandan Həcc ziyarətində ciddi bahalaşma qeydə alınıb. 2018-ci ildə Həcc ziyarətinin qiyməti 4150 dollar, növbəti il 4285 dollar olub. 2020 və 2021-ci illərdə pandemiyaya görə ziyarət təşkil olunmayıb.

Beləliklə, pendemiyadan bir il əvvəlki dövrlə müqayisədə bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1565 dollar və ya 2660 manat artıb.

Artımın səbəbləri məlum deyil. Ötən il Qafqaz Müsəlmanları İdarəsi bahalaşmanı müharibələrlə əlaqələndirib.

“Dünyada müharibə səbəbindən ərzaq məhsullarının qiyməti bahalaşıb. Bu isə hotellərdə qiymətlərin artmasına təsir göstərib. Müharibə fonunda dünyada baş verən iqtisadi böhranlar qiymətləri bahalaşdırıb", - İdarə rəsmisi Vüsal Cahangiri 2023-cü ildə mətbuata açıqlamasında bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi