hia.az
hia.az

"The Economist" Zalujnının çıxarılmasını “müharibənin yeni mərhələsi” adlandırıb

58 dəfə baxılıb 9-02-2024, 11:37

"The Economist" Zalujnının çıxarılmasını “müharibənin yeni mərhələsi” adlandırıb


"The Economist" nəşri Valeri Zalujnının Ukrayna Silahlı Qüvvələrinin ali baş komandanı vəzifəsindən istefaya göndərilməsini “müharibənin yeni mərhələsi” adlandırıb.

Nəşr Ukrayna prezidenti Volodimir Zelenskinin “müharibənin yeni, həlledici mərhələsində” səhv etmək riski daşıdığını qeyd edib.

Vurğulanıb ki, Zelenski əsas məqsədinin Rusiyanın zəbt etdiyi əraziləri geri qaytarmaq olduğunu desə də, Zalujnı dəfələrlə resursların və əsgərlərin həyatının qorunmasının vacibliyindən danışıb.

Nəşr yazıb ki, Ərazilərin hərbi yolla qaytarılmasının mümkün olmadığı aydınlaşdıqca, Zelenski ilə Zalujnı arasında münasibətlər getdikcə gərginləşib və belə bir şəraitdə Zalujnının istefası düzgün qərar idi.

O da ifadə olunub ki, indi ən vacib sual Zelenskinin Zalujnının işdən çıxarılmasından istifadə edərək müharibəyə baxışını dəyişdirə bilməyəcəyidir: "Hələlik o, ələ keçirilən torpaqları geri almaq üçün açıq şəkildə vədinə sadiq qalır. Bununla belə, Ukrayna ərazi ilə müəyyən edilmiş müharibədə qalib gələ bilməz”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi