hia.az
hia.az

Rusiyadakı prezident seçkilərində 5 namizəd olacaq

71 dəfə baxılıb 31-01-2024, 09:13

Rusiyadakı prezident seçkilərində 5 namizəd olacaq


Çox güman ki, hazırda qeydə alınmış 4 namizəd Rusiyadakı prezident seçkilərində səsvermə gününə çatacaq və adları bülletenə düşəcək

Bunu Rusiyadan olan siyasi ekspertlər “Ria Novosti”yə bildiriblər.

Bunlar özünün namizədliyini irəli sürmüş Vladimir Putin, həmçinin parlament partiyalarının namizədləri Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankovdur.

Lakin ekspertlər Rusiya kommunistlərinin lideri Sergey Malinkoviçin də bülletenə düşmək şansının olduğunu qeyd ediblər.

Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart.

Hazırda dövlət başçısı postu uğrunda 9 nəfər namizədliyini irəli sürüb. Rusiya Federasiyasının Mərkəzi Seçki Komissiyası prezidentliyə 4 namizədi - Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putini qeydə alıb.

Dünən iki nəfər - Rusiya Ümumxalq Birliyi partiyasının sədri Sergey Baburin və İrina Sviridova seçki yarışında iştirakdan imtina ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi