hia.az
hia.az

Gəncədə qətl: Həsənov 30 manata görə öldürülüb

111 dəfə baxılıb 26-01-2024, 12:13

Gəncədə qətl: Həsənov 30 manata görə öldürülüb

Gəncə şəhər sakini 1986-cı il təvəllüldü Vasif Həsənovun qətlə yetirilməsinin bəzi detalları məlum olub.

38 yaşlı Vasif Həsənovun 28 yaşlı Yaqub Həsənov tərəfindən öldürülməsinə səbəb aralarındakı borc məsələsi olub.

İlkin məlumata görə, Yaqub Həsənovun Gəncədə xeyir-şər çadırı verməklə məşğul olan mərhuma 230 manat məbləğində borcu olub. Borcdan 200 manat ödənilsə də, 30 manat qalıb. Tərəflər arasında mübahisə də buna görə baş verib. Mübahisə zamanı Yaqub Həsənov əlində olan kəsici alətlə Vasif Həsənova zərbələr endirib. Sonuncu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Yaqub Həsənov isə keçirilən əməliyyat tədbirləri ilə saxlanılaraq istintaqa təhvil verilib.

Artıq faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi