hia.az
hia.az

"İlham Əliyevin bu təşəbbüsü artıq formalaşır" - Lavrov

88 dəfə baxılıb 5-12-2023, 13:19

"İlham Əliyevin bu təşəbbüsü artıq formalaşır" - Lavrov

Regional “3+3” platforması artıq həyata keçirilir və getdikcə daha perspektivli olur.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqları zamanı deyib.

"İlham Heydəroviç Əliyevin üç Cənubi Qafqaz ölkəsi və onların üç qonşusunun iştirakı ilə “3+3” adlandırılan regional platformanın formalaşdırılması ilə bağlı 3+3 təşəbbüsü artıq formalaşır. Bu həm də perspektiv formatdır. Bu istiqamətdə gələcək addımlarla bağlı qiymətləndirmələrinizi eşitməkdən şad olaram", - deyə Lavrov qeyd edib. 

Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycan prezidentinin Müstəqil Dövlətlər Birliyinin (MDB) Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak edəcəyini gözləyir.

Bundan əlavə, Lavrov Rusiya-Azərbaycan münasibətlərinin yüksəlişdə olduğunu qeyd edib: "İki ay əvvəl oktyabrın 12-də liderlərimiz MDB sammiti çərçivəsində Bişkekdə danışıb və müttəfiq, strateji əməkdaşlığımızın dərinləşməsinə sadiq olduqlarını təsdiqləyiblər".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi