hia.az
hia.az

Zelenski-Zalujnı qarşıdurması böyüyür

23 dəfə baxılıb 4-12-2023, 08:15

Zelenski-Zalujnı qarşıdurması böyüyür

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının vəzifədən azad edilməsi Ukrayna prezidenti Vladimir Zelenski üçün “böyük zərbə” olacaq.

Bu barədə “NBC News”un “Əks-hücum uğursuzluğa düçar olduğu üçün Ukrayna diqqətini özünə, Rusiyaya və dünyaya dəyişməklə mübarizə aparır” məqaləsində deyilir.

“Bəzi dairələr prezidenti tənqid edib ki, o, müharibə şəraitində gələn il keçirilməsi nəzərdə tutulan prezident seçkilərinə qarşı olduğunu açıq şəkildə bəyan edib və Kiyev meri Vitali Kliçko ölkənin avtoritarizmə doğru getdiyini bildirib”, - məqalədə deyilir.

Məqalə müəllifləri qeyd edirlər ki, “Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanının vəzifəsindən azad edilməsi “qaçılmaz avtoritarizm haqqında” tezisin növbəti təsdiqi olacaq.

Məlumatlara görə, son vaxtlar Ukrayna Prezidenti Vladimir Zelenski ilə Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı arasındakı ziddiyət açşq müstəviyə keçib. Zelenskinin Zalujnını vəzifəsindən azad etmək istədiyi bildirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi