hia.az

Coli azərbaycanlı siyasi məhbusa zəng etdi

108 dəfə baxılıb 23-11-2023, 12:14

Coli azərbaycanlı siyasi məhbusa zəng etdi


Evin həbsxanasında saxlanılan hüquq müdafiəçisi və Nobel sülh mükafatçısı Nərgiz Məhəmmədi ilə Hollivud aktrisası, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının keçmiş səfiri Ancelina Coli arasında telefon danışığı olub.

Bu barədə “Taym” nəşri məlumat yayıb.

Nərgiz Məhəmmədinin Fransada yaşayan həyat yoldaşı vasitəsilə baş tutan telefon danışığı zamanı siyasi məhbus İran hakimiyyətinin yalan və riya üzərində qurulduğu üçün həqiqətləri ört-basdır etməyə çalışdığını deyib. O, rejimin həqiqətləri gizlətməsinin müxaliflərə qarşı olan fiziki təzyiqlərdən daha qorxulu olduğunu söyləyib.

Ancelina Coli İranda qız və qadınlara qarşı təzyiqlər, məcburi hicab qaydalarını pozduğuna görə öldürülən 16 yaşlı Armita Gəravənd barədə Məhəmmədiyə sual verib.

“Hakimiyyət Armita Gravəndi öldürməklə bizə mesaj verdi ki, övladlarımızı öldürə və bizi həqiqətləri, dərdlərimizi dilə gətirməkdən məhrum edə bilər”, - Məhəmmədi cavabında deyib.

Məhəmmədi İranda qadınlar və gənclərin cəmiyyətdə dərin dəyişiklik və keçid dövrü üçün ən radikal, geniş və təsirli qüvvələr olduqlarını xatırladıb.(Kult.az)


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi