hia.az

Mətbuat katibi jurnalistləri vicdanlı olmağa ÇAĞIRDI

96 dəfə baxılıb 6-11-2023, 08:52

Mətbuat katibi jurnalistləri vicdanlı olmağa ÇAĞIRDI

“Cinayət hadisəsi barədə azyaşlılardan şahid kimi müsahibə almaq qətiyyən olmaz!”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu jurnalistlərə belə çağırış edib.

“Baxış sayına görə bunu etməyin, o uşaqlara ikinci travma yaşatmayın!”, -deyən Komitə rəsmisi jurnalistləri bu kimi həssas məsələlərdə diqqətli olmağa səsləyib.

“Ətrafımızda olan bəzi jurnalist dostlarımıza peşələrini vicdanla yerinə yetirmələrini söyləməliyik”, - T.Mərdanoğlu deyib.

Qeyd edək ki, bəzi elektron KİV-lər cinayət hadisəsi barədə azyaşlılardan şahid kimi açıqlama alır və bu zaman həmin uşaqların səsini, görüntüsünü də televiziya ekranında, saytlarda yayımlayrılar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi