hia.az
hia.az

Xaçmazda dava: güllələnən və bıçaqlananlar var

109 dəfə baxılıb 4-11-2023, 10:48

Xaçmazda dava: güllələnən və bıçaqlananlar var


Xaçmazın Nabran kəndində baş verən davada güllə yarası alan və bıçaqlananlar var.

Rayonun Şimali kənd sakini - 1978-ci il təvəllüdlü Ramik Ramiz oğlu Rüstəmov Nabran kəndi ərazisində Cami Nizam oğlu Zalov ilə qarşılıqlı mübahisə zamanı çoxsaylı bıçaq xəsarəti və ayaq nahiyəsindən silah yarası alıb.

Hadisənin digər iştirakçısı olan və onları ayırmağa çalışan rayonun Yalama kənd sakini - 1978-ci il təvəllüdlü Şöhrət Gülmət oğlu Şıxmətov isə qol nahiyəsindən bıçaq xəsarətləri alıb.

Yaralılar təcilli tibbi yardım briqadası ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən C.Zalovun saxlanılması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən zəruri tədbirlər həyata keçirilir.

Hadisənin başvermə səbəbi məlum deyil.(Report)

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi