hia.az
hia.az

"Təhsildə qısa müddətdə uğur əldə etmək çətindir" - Emin Əmrullayev

89 dəfə baxılıb 1-11-2023, 10:58

"Təhsildə qısa müddətdə uğur əldə etmək çətindir" - Emin Əmrullayev


Təhsil sahəsində qısa müddətdə uğur əldə etmək çətindir. Təhsildəki nailiyyətləri əldə etməyə zaman lazımdırsa, qısa və səmərəli yollarla nələri həll edə bilərik sualına cavab tapmaq lazımdır.

Bunu elm və təhsil naziri Emin Əmrullayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Təhsilin İnkişafı Forumunda deyib.

Nazir bildirib ki, innovativ yanaşmalar məktəb vaxtları ilə müqayisədə bağça yaşlarından başlamalıdır: “Təhsildə nailiyyət qazanmağın qısa yolu isə ali təhsil müəssisələri ilə əlaqəlidir. Burada tədqiqat vacib rol oynayır. Hər il ölkədə 55 minə yaxın şəxs bakalavriat, 10 min nəfər isə magistratura təhsil alır. Yaxın gələcəkdə bu rəqəmlər bir az da artacaq. Ali təhsil müəssisələrində innovasiya sistemi vacib elementlərdir. İş axtaranların iş yaradan keçidi burada önəmlidir. Universitetlərin bu proseslə inkişaf arasında ciddi əlaqəsi var”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi