hia.az
hia.az

Paris İrəvana silahı niyə “uca səslə” satır? - Ağacanyan

82 dəfə baxılıb 18-10-2023, 11:40

Paris İrəvana silahı niyə “uca səslə” satır? - Ağacanyan

Fransa yenidən Ermənistanın silahlanması ilə bağlı Azərbaycana qarşı kəskin ermənipərəst və təxribat xarakterli bəyanatlar verib.

Bunu erməni bloger Vahe Ağacanyan Feysbuk səhifəsində yazıb.

“Fransanın niyə belə etdiyini bilmirəm, amma əminliklə deyə bilərəm ki, bu bəyanatlar yalnız Ermənistanın ziyanına işləyir. Bu, təkcə fikir deyil, həm də qeydə alınmış faktdır. Çünki Fransanın belə bir bəyanatı səbəbindən sülh sənədinin imzalanmasının planlaşdırıldığı Qranadadakı görüş ləğv edilmişdi. Silah və silah ticarəti susqunluğu və məxfiliyi sevir və əgər onlar bu barədə yüksək səslə danışmağa, onu hansısa piar obyektinə çevirməyə başlayırlarsa, onda belə nəticə çıxır ki, Fransa başqa tapşırığı həll edir. Son aylarda Fransa Nigerdəki böyük uran ehtiyatlarından məhrum edilərək ölkədən qovuldu, daha sonra Fransanın “Total Energies” şirkəti Azərbaycanla yeni müqavilə bağladı, daha çox gəlir əldə etdi. Bütün bunlarla yanaşı, Paris kəskin ermənipərəst bəyanatlar verdi. Qəribə deyilmi? Həm də qəribədir ki, 44 günlük müharibə zamanı və bu gün də Azərbaycan PUA-larına nəzarət etmək üçün Fransanın peyk sistemlərindən istifadə edir. Geosiyasi mərkəzlər sırf öz maraqlarından çıxış edərək Ermənistanı kiçik valyutaya çevirməyə və onun hesabına başqa mərkəzlərlə ticarət etməyə çalışırlar. Cəmiyyətimiz kor qərblilərin təbliğatı ilə qidalanmamalı, emosiyalara qapılmamalı və bu təhlükəni aydın şəkildə dərk etməlidir”, - o bildirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi