hia.az
hia.az

9 min əhali yaşayan ərazi Sumqayıta verildi

73 dəfə baxılıb 17-10-2023, 16:00

9 min əhali yaşayan ərazi Sumqayıta verildi

Binəqədi və Abşeron rayonlarının bəzi əraziləri Sumqayıtın inzibati ərazisinə verilib.

Bu, Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Deputat Siyavuş Novruzov qeyd edib ki, bu gün o ərazidə 9 min əhali yaşayır: “Onların bütün sosial təminatı, kommunalı, hüquq-mühafizə orqanları, səsvermələri və s. bütün məsələləri Sumqayıtda olur. Amma xəritədə o ərazilər Binəqədi və Abşeron ərazisi kimi göstərilir. Məhz buna görə Prezident İlham Əliyev tərəfindən xəritələrin dəqiqləşdirilməsi ilə bağlı təşəbbüs irəli sürüldü”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi