hia.az
hia.az

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

71 dəfə baxılıb 29-09-2023, 20:00

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi


Baş prokurorluğun vəsatəti əsasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığın səlahiyyətli orqanları tərəfindən “Ekstradisiya haqqında” 13.12.1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Moldova Respublikasının vətəndaşı İon Secrierunun ekstradisiyası haqqında qərar qəbul olunub.

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqı aparılan cinayət işi üzrə İon Secrierunun külli miqdarda ziyan vurmaqla oğurluq, həmçinin, ictimai əhəmiyyətli infrastruktur obyektlərinin kompyuter sisteminə və ya kompyuter məlumatlarına qanunsuz müdaxilə cinayətlərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.

Təqsirləndirilən şəxs Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığınnın ərazisində saxlanılaraq sentyabrın 29-da Ədliyyə Nazirliyinin Penitensiar xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi