hia.az
hia.az

Bu şəxslər quru yolla sərhədi keçə bilər

104 dəfə baxılıb 29-09-2023, 17:00

Bu şəxslər quru yolla sərhədi keçə bilər


Azərbaycanda COVID-19 pandemiyası səbəbi ilə 2020-ci ilin martından tətbiq edilən xüsusi karantin rejiminin müddəti 2024-cü il yanvar ayının 2-dək uzadılıb.

İnfeksiyaya yoluxma sayında azalma müşahidə edildikcə bir çox məhdudiyyətlər aradan götürülüb. Lakin həmin tədbirlər çərçivəsində qapadılan quru sərhədlər hələ də bağlıdır.

Hələlik Azərbaycandan çıxış və ölkəyə giriş üçün yeganə vasitə hava yollarıdır. Lakin qonşu ölkələrdə yaşayan azərbaycanlıların yaxınları öz qohumlarına daha tez-tez baş çəkmək istəyirlər. Pandemiya zamanı, yəni yoluxma sayı yüksək həddə olanda bu, Nazirlər Kabineti və Xarici İşlər Nazirliyi tərəfindən müəyyən qaydayla tənzimlənirdi.
Ətraflı

Bəs indi mexanizm necədir? Xarici ölkələrə müalicəyə gedənlər, qonşu ölkələrdə birinci dərəcəli qohumu yaşayanlar və ya qonşu ölkələrdə vəfat edən birinci dərəcəli qohumu olanlar üçün xüsusi icazə varmı?
Məsələ ilə bağlı cebhe.info-ya danışan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə onların nazirliyə müraciət etməli olduqlarını deyib:

"Xarici İşlər Nazirliyinə ərizə ilə müraciət edilir, nazirlik də həmin müraciəti Nazirlər Kabinetinə ünvanlayır. Onlar tərəfindən verilən qərara əsasən fərdi qaydada quru yolu ilə çıxış və girişə icazə verilir. Yəni həmin müraciət əsasında müvafiq qərar qəbul edilir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi