hia.az
hia.az

"Gürcüstan qalıcı sülh üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır" - Baş nazir

88 dəfə baxılıb 23-09-2023, 18:00

"Gürcüstan qalıcı sülh üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır" - Baş nazir


Gürcüstan hökumətinin fundamental prinsipi müharibədən qaçmaq və sülhü qorumaqdır.

Bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı deyib. O, bildirib ki, Gürcüstan Cənubi Qafqaza qalıcı sülhün gətirilməsi üçün Azərbaycan və Ermənistanla işləməyə hazırdır.

“Bizim hökumətimizin fundamental prinsipi müharibədən qaçmaq və sülhü qorumaqdır. Coğrafi mövqeyimizin yaratdığı çətinliklərə baxmayaraq, biz Ukraynanı və beynəlxalq ictimaiyyəti tədbirli siyasətimiz və tərəfdaşlarımızla yaxın kordinasiya ilə dəstəkləməklə yanaşı, öz xalqımızı əmin-amanlıqda saxlamağı bacarmışıq. Mənim hökumətim vasitəsilə “Dinc Qonşuluq Təşəbbüsü” (irəli sürülüb). Biz Ermənistandan və Azərbaycandan olan qonşularımız və dostlarımızla Cənubi Qafqaza nəhayət qalıcı sülhün gətirilməsi üçün işləməyə hazırıq”, - Qaribaşvili deyib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi