hia.az
hia.az

ƏƏSMN-dəki qohumuna rüşvət verərək təqaüd düzəldəcəyini dedi, 3 500 manat aldı

64 dəfə baxılıb 18-09-2023, 13:55

ƏƏSMN-dəki qohumuna rüşvət verərək təqaüd düzəldəcəyini dedi, 3 500 manat aldı

Rüşvətlə təqaüd düzəldəcəyini deyib, tanışından pul alan şəxs hakim qarşısına çıxarılıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, dələduzluq əməlini törətməkdə təqsirləndirilən Ramin adlı şəxs məhkəmədə özünü təqsirli bilib:

“Zərərçəkmiş şəxslə 2021-ci ilin mart ayında dostum Gülağanın vasitəsi ilə tanış olmuşam. Gülağa mənə zəng edib Eldar adlı tanışının əvvəllər təqaüd aldığını, sonradan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqaüdü dayandırıldığını dedi və təqaüdün bərpa edilməsində ona köməklik göstərməyimi istədi.

Mən də təqaüdün bərpası ilə bağlı pul müqabilində ƏƏSMN-də işləyən qohumuma müraciət edəcəyimi dedim. Təqaüdün bərpası üçün Eldardan 3 500 manat pul almışam", - deyə o ifadəsində qeyd edib.

Zərərçəkmiş şəxs isə məhkəmədə bildirib ki, ona dəyən ziyan ödənilməyib.

Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sədrliyi ilə keçirilən iclasda Ramin Cinayət Məcəlləsinin 178.1-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinib, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə barəsində cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, Ramin "KATV" şirkətinin əməkdaşıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi