hia.az
hia.az

Erməni silahlı dəstələri 2 təyyarəyə radiomaneələr tətbiq etdilər

58 dəfə baxılıb 2-09-2023, 10:04

Erməni silahlı dəstələri 2 təyyarəyə radiomaneələr tətbiq etdilər

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Sentyabrın 1-i Paris-Pekin marşrutu üzrə uçuş yerinə yetirən ABŞ Hava Yollarının B-77L tipli sərnişin təyyarəsinə saat 11:15-dən 11:36-dək, Təl-Əviv-Bakı marşrutu üzrə uçuş yerinə yetirən İsrail Hava Yollarının C-650 tipli sərnişin təyyarəsinə saat 13:30-dan 13:58-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Nazirlikdən bildirilib ki, qeyd olunan faktlar barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı məlumatlandırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi