hia.az

İş adamını kobra ilə öldürdülər

202 dəfə baxılıb 20-07-2023, 13:22

İş adamını kobra ilə öldürdülər

Hindistanın Haldvani şəhərində iş adamı avtomobilində ölü tapılıb.

İstintaqın ilk mərhələsində 30 yaşlı Ankit Çauhanın kilidli olduğu avtomobildə dəm qazından zəhərləndiyi düşünülüb. Ekspertizanın rəyi nəticəsində məlum olub ki, 30 yaşlı iş adamının ölümünə “ilan zəhəri” səbəb olub.

Müşahidə kamerası görüntülərinə və Çauhanın zəng qeydlərinə əsasən onun Mahi adlı qadınla əlaqə saxladığı öyrənilib. Mahi adlı qadının həyatını itirən iş adamının sevgilisi olduğu, onun qətlə görə ilan təlimçisi və 3 dostu ilə razılaşdığı ortaya çıxıb.

Belə ki, iş adamı spirtli içkidən sonra huşunu itirib. Daha sonra onun maşınına kobra atılıb. Bunu təşkil edən isə kişinin sevgilisi olub. Polis qadının və digər 4 nəfərin axtarışına başlayıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi