hia.az

İran XİN-in saytları ələ keçirildi

124 dəfə baxılıb 8-05-2023, 12:43

İran XİN-in saytları ələ keçirildi


"Qiyam Ta Serquni" adlı haker qrupu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin internet saytlarını və serverlərini sındırıb.

Parlamentinsesi.az xarici KİV-ə istinadən xəbər verir ki, nazirliyin avtomobillərinin gizli nömrələrinin siyahısı, Bəsic komandirləri və müşavirləri, eləcə də XİN-in 11.000 əməkdaşının adları internetdə yayılıb.

Qrup həmçinin İranın məhkum olunmuş diplomatı Əsədulla Əsədinin İrana qaytarılması ilə bağlı planları, həmçinin İran və Belçika arasında məhbus mübadiləsi sazişinin bağlanması səyləri, Avropa ölkələrinin rəsmiləri ilə onlarla görüş və media sənədlərini açıqlayıb.

Bundan əlavə, İran XİN-in 210 sayt və sisteminin sındırıldığı da açıqlanıb. Hakerlər nazirliyin təşkilati planını və yazışma kodlarını əldə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi