hia.az
hia.az

Qazaxıstan barıt anbarında partlayış - 4 ÖLÜ

146 dəfə baxılıb 4-10-2022, 13:25

Qazaxıstan barıt anbarında partlayış - 4 ÖLÜ


Qazaxıstanın şimalında yerləşən Kostanay şəhərində silah anbarında dövriyyə qaydalarının pozulması səbəbindən barıt anbarı partlayıb.

Pralemtinsesi.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 4 nəfər ölüb, ümumilikdə 11 nəfər yaralanıb.

"İstintaq müəyyən edib ki, hadisə baş verən ərəfədə mağazanın rəhbəri barıt satmağa icazə alaraq, sonradan qablaşdırılıb satış üçün Qaraqanda vilayətində "Sokol" markalı 40 kiloqram barıt alıb. Bu barıt təhlükəli yüklərin daşınması qaydalarını pozaraq 36 dərəcə hava istiliyində Kostanaya aparılıb və partlayış baş verən mağazanın zirzəmisində anbara yerləşdirilib", - Qazaxıstan Prokurorluğundan bildirilib.

Partlayış nəticəsində binada başlayan yanğın qonşu ticarət obyektlərinə və fərdi yaşayış evlərinə qismən təsir edib. Hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi açıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi