hia.az
hia.az

Putin 5 general və bir polkovniki vəzifəsindən azad etdi

159 dəfə baxılıb 1-06-2022, 20:19

Putin 5 general və bir polkovniki vəzifəsindən azad etdi


Rusiya prezidenti Vladimir Putin mayın 30-da 5 general və bir polis polkovnikini vəzifəsindən azad edib.

Bu barədə Rusiya mətbuatında deyilir. Xəbəri Rusiya Daxili İşlər Nazirliyinə yaxın mənbə təsdiqləyib.

Putin Daxili İşlər Nazirliyinin Vladimir vilayəti üzrə idarəsinin rəisi, general-mayor Vasili Kukuşkin, Daxili İşlər Nazirliyinin Altay diyarı üzrə baş idarəsinin rəis müavini, general- mayor Aleksandr Laası, Yaroslavl vilayətinin Daxili İşlər Nazirliyinin idarə rəisi, general-mayor Andrey Lipilini, eləcə də Daxili İşlər Nazirliyinin əməliyyat idarəsinin rəisi, general-mayor Aleksandr Udovenko və Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat və Tibbi Təminat İdarəsinin rəis müavini, general-mayor Yuri İnstrankini vəzifəsindən azad edib.

Bundan başqa, prezident polis polkovniki Emil Musini Daxili İşlər Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisinin birinci müavini vəzifəsindən çıxarıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi