hia.az
hia.az

“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü - FOTO

786 dəfə baxılıb 21-05-2019, 22:29

“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü - FOTO

Sosial şəbəkələrdə ötən cümə günü Moskvada baş vermiş dəhşətli qəzanın görüntüləri yayılıb.

“Audi Q7 ” markalı avtomobil elektrik dirəyinə dəyərək, iki yerə parçalanıb. Qəza baş verərkən avtomobil saatda 200 kilometr sürətlə hərəkət edirmiş.

Qəza anının görüntüləri olmasa da, qəzadan sonrakı görüntülər hadisə barədə fikir yürütməyə imkan verir. Şəkillərdən aydın göründüyü kimi, lüks minik maşını sürətlə yol kənarındakı dirəyə dəyərək iki yerə bölünüb. Oturacaqlardan biri qoparaq yola düşüb.
Ən maraqlısı budur ki, avtomobilin salonunda qan izi yoxdur. Hadisə şahidlərinin dediyinə görə, sürücü və yanındakı sərnişin bu qəzadan sağ-salamat qurtarıb və hadisə yerindən qaçaraq gizləniblər. Bəzi şahidlər isə sürücünün tək olduğunu bildiriblər.

Hazırda polis faktla bağlı araşdırma aparır.
“Audi Q7 ” qəza nəticəsində iki yerə bölündü - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi