hia.az
hia.az

İntihar etmiş prezidentin tərəfdaşları onun dəfninə gedərkən öldülər

649 dəfə baxılıb 19-04-2019, 19:10

İntihar etmiş prezidentin tərəfdaşları onun dəfninə gedərkən öldülər
























Perunun vəfat etmiş sabiq prezidenti Alan Qarsiyanın partiya yoldaşları onun dəfn mərasiminə gedərkən dəhşətli yol qəzasına düşüblər.

Parlamentinsesi.az-ın məlumarına görə qəza nəticəsində 6 partiya üzvü ölüb, 23 nəfər yaralanıb.

Hadisə bu gün yerli vaxtla səhər saat 04:00-da Limada baş verib.

Amerika Xalq İnqilabçı Alyansının nümayəndə heyətini daşıyan və içərisində 54 nəfər olan avtobus körpüdə maneəyə çırpılıb. Nəticədə 5 nəfər salondan çölə çıxaraq körpüdən aşağı düşüb.

Qeyd edək ki, 800 min dollarlıq mənimsəmə faktı ilə ittiham edilən sabiq Peru prezidenti Alan Qarsiya evində saxlanılarkən intihar edib. 69 yaşlı siyasətçi yataq otağında özünü başından silahla vurub. Dərhal xəstəxanaya çatdırılan Qarsiya bir neçə saat komada qaldıqdan sonra həyatını itirib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi