hia.az

"Tramp və onun kimiləri tarixin zibilliyində unudulacaqlar" - Xamenei

350 dəfə baxılıb 1-01-2022, 23:10

"Tramp və onun kimiləri tarixin zibilliyində unudulacaqlar" - Xamenei

2020-ci il yanvarın 3-də ABŞ-ın hava hücumunda öldürüldüyü iddia olunan İnqilab Keşikçiləri Ordusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin ildönümü öncəsi Bağdadda onun ailəsi ilə görüşən İranın Ali lideri Seyid Əli Xamenei çıxışı zamanı Donald Trampı hədələyib.

Xamenei Qasım Süleymaninin region gəncləri üçün örnək olduğunu bildirib.

"Qasım Süleymaninin qatilləri, Tramp və onun kimiləri dünyadakı cinayətlərinin bədəlini ödədikdən sonra tarixin zibilliyində unudulacaqlar" - İran Ali lideri qeyd edib.

ABŞ-ın Əfqanıstandan qaçdığını və İraqda məsləhətçi səviyyədə əsgərlərinin olduğunu bildirən Xamenei "İraqdakı qardaşlarımız bu məsələni diqqətlə izləməlidirlər. Yəməndə müqavimət cəbhəsi irəliləyir. Düşmən Suriyada da gələcəyə ümidli deyil. Müqavimət cəbhəsi bölgənin hər tərəfində daha ümidlidir", - deyə əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi