hia.az

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

10 dəfə baxılıb 23-06-2026, 14:04

Səfir: İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir

ABŞ və İran arasında aparılan sülh danışıqlarında mühüm irəliləyiş əldə olunub.

“Reuters“ xəbər verir ki, bu barədə İranın BMT-nin Cenevrədəki ofisində daimi nümayəndəsi Əli Bəhreyni bildirib.

O, Tehranın dondurulmuş aktivlərinin ABŞ məhsullarının alınmasına yönəldiləcəyi barədə Vaşinqtonun iddialarını təkzib edib.

“Dünən texniki səviyyədə aparılan danışıqlar çox yaxşı keçib. Yaxın günlərdə İrana qarşı sanksiyaların ləğvi və İranın nüvə fəaliyyəti ilə bağlı məsələləri müzakirə etmək üçün iki işçi qrupu yaradılacaq”, – Bəhreyni jurnalistlərə bildirib.

Bəhreyni ABŞ-ın vitse-prezidenti Vensin İranın dondurulmuş vəsaitlərinin istifadəsinə Vaşinqton və Dohanın nəzarət edəcəyi barədə açıqlamasına da münasibət bildirib: “İran dondurulmuş aktivləri ilə nə edəcəyinə qərar verən yeganə ölkədir. Hər hansı başqa dövlətin bu qərarlara və ya proseslərə təsir göstərə biləcəyi barədə iddiaları rədd edirəm”.

İran rəsmisinin sözlərinə görə, aktivlərin bir hissəsinin Qətərdə yerləşməsi və onların ABŞ sanksiyaları ilə dondurulması səbəbindən texniki prosedurlar Vaşinqton və Doha ilə koordinasiya ediləcək: “Lakin İran onların digər proseslərə, o cümlədən malların alınması və idxalı məsələlərinə təsir göstərməsinə imkan verməyəcək. Bu barədə qərarı yalnız İran verəcək”.

Məlumata görə, İranın dondurulmuş aktivlərinin əsas hissəsini xaricdə saxlanılan neft gəlirləri və Mərkəzi Bankın ehtiyatları təşkil edir. İlkin razılaşma çərçivəsində təxminən 12 milyard dollar vəsaitin sərbəst buraxılması gözlənilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi