hia.az

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

20 dəfə baxılıb 18-06-2026, 15:04

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb


İyunun 8-də Mindanao adasında (Filippin) baş vermiş 7,8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb.

Bu barədə "GMA news" Təbii Fəlakət Risklərinin Azaldılması və İdarə Edilməsi üzrə Milli Şuranın (NDRRMC) hesabatına istinadən məlumat yayıb.

Bundan başqa, 1,4 milyondan çox insan və ya 346 mindən çox ailə zərər çəkib.

Zəlzələ nəticəsində 74 657 ev zədələnib, o cümlədən 13 681 ev tamamilə, 60 976 ev isə qismən dağılıb. Həmçinin 770-dən çox infrastruktur obyekti zədələnib, dəymiş ziyan 148 milyon Filippin pesosu (2,4 milyon dollardan çox) məbləğində qiymətləndirilir.

Seysmoloqlar zəlzələdən sonra 7 461 afterşok qeydə alıblar.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi