Hər bir cəmiyyətin tərəqqisi əqidəli, ləyaqətli və işinin peşəkarı olan şəxsiyyətlərin üzərində qurulur. "Teymuroğlu" MTK-nın rəhbəri Münasib Qurbanov məhz belə simalardandır — dövlətinə, xalqına və seçdiyi yola sadiq olan, sadə həyat tərzi və xeyirxah əməlləri ilə seçilən insandır. Onu tanıyanlar hər zaman onun prinsiplərinə sadiqliyini və hər kəsə təmənnasız dəstək olmağa çalışdığını yüksək qiymətləndirirlər.
Lakin təəssüf ki, bəzən cəmiyyətdə dürüstlüklə irəliləyən şəxslərə qarşı qarayaxma kampaniyalarının şahidi oluruq. Son günlərdə bəzi media orqanlarında Münasib Qurbanovun ünvanına yazılanlar heç bir məntiqə, fakta və obyektiv jurnalistika prinsiplərinə sığmır. Məsələni dərindən araşdırdıqda aydın olur ki, bu yazılar heç də peşəkar araşdırmanın məhsulu deyil, əksinə, müəyyən maraqlı qüvvələrin və ya ayrı-ayrı məmurların verdiyi sifarişlər əsasında hazırlanmış növbəti qərəzli şantaj cəhdidir.
Görünür, bəzi qələm sahibləri asan qazanc və ya kənar təsirlər ucbatından obyektivliyi unudaraq sifariş yerinə yetirən "icraçılara" çevriliblər. Faktları araşdırmadan, eyni tezisləri bir-birindən köçürüb təkrar-təkrar dərc etmək heç də jurnalistika deyil. Bu cür addımlar yalnız həmin media qurumlarının savadsızlığından, söz ehtiyatının kasadlığından və obyektiv təhlil aparmaq qabiliyyətindən məhrum olmalarından xəbər verir. Onlar fərqində deyillər ki, sifarişlə atılan h hər bir çirkli addım sonda elə həmin sifarişi yerinə yetirənlərin öz nüfuzuna balta vurur.
Münasib Qurbanov tutduğu mövqe, göstərdiyi idarəçilik bacarığı və qazandığı rəhbərlik etimadı ilə hər zaman seçilib. O, heç vaxt ucuz populyarlıq arxasınca qaçmayıb, əksinə, hər zaman əməli işi ilə ad çıxarıb. Belə bir insana qarşı əsassız, şər-böhtan dolu fikirlər yaymaq cəmiyyət tərəfindən yalnız ikrahla qarşılanır.
Həqiqət hər zaman üzə çıxır və heç bir sifarişli məqalə dürüst insanın parlaq həyat yoluna kölgə salmağa qadir deyil. Ümid edirik ki, bu cür qərəzli kampaniyalara qoşulanlar tezliklə öz səhvlərini anlayacaq, ağla qara arasındakı fərqi görəcək və jurnalistika adına ləkə olan bu cür ucuz əməllərdən əl çəkəcəklər.