hia.az
hia.az

"Ukraynanın daha 3 Su-25 təyyarəsi vurulub" - Rusiya MN

18 dəfə baxılıb 23-05-2022, 13:18

"Ukraynanın daha 3 Su-25 təyyarəsi vurulub" - Rusiya MN


Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 3 Su-25 hücum təyyarəsini, 13 pilotsuz uçuş aparatını, o cümlədən bir Bayraktar, iki Toçka-U raketi və səkkiz Smerç yaylım atəşi sisteminin mərmisini vurub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.

“Rusiyanın hava hücumundan müdafiə sistemləri ötən sutka ərzində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus üç Su-25 təyyarəsini, ikisini Xerson vilayətinin Kiselevka yaşayış məntəqəsi ərazisində, birini isə Xarkov vilayətinin Pavloqrad vilayətində vurub. Bundan əlavə, Xerson vilayətinin Çervonı Yar, Çernobaevka, Mirnoe, Oleksandrivka, Yunokommunarsk, Donetskin Xotomlya, Siniçino, Petrivske Ternı yaşayış məntəqələri ərazilərində 13 PUA, o cümlədən Xarkov vilayətinin Lozovaya rayonunda bir Bayraktar TB-2 vurub”, - deyə Rusiya MN sözçüsü qeyd edib.

Konaşenkov müharibə başlayandan indiyədən Ukrayna ordusunun verdiyi itkilər barədə məlumatı da açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələrinin 177 təyyarə, 125 helikopter, 990 pilotsuz uçuş aparatı, 319 zenit-raket kompleksi, 3226 tank və digər zirehli döyüş texnikası, 421 reaktiv yaylım atəşi sistemi, 1643 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 3106 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2022    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi