hia.az
hia.az

“Kişiliyin çatırsa, zəng edəndə telefona cavab ver” - Video

131 dəfə baxılıb 17-10-2022, 13:07

“Kişiliyin çatırsa, zəng edəndə telefona cavab ver” - Video


Aparıcı Sərxan Kərəmoğlu ilə müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov arasında qalmaqal yaşanır.

Buna səbəb Sərxanın Aysun İsmayılovanın evliliyini oyun adlandırması olub.

Sərxan “MTV maqazin”ə açıqlamasında bu sözləri deyib: “Bu evliliyə inanmadım. Aysunun yanındakı bəyə inanmadım. Bilmirəm, kim kimin oyununa gəlib, amma başdan ayağa oyun idi. Bu oyuna inanan da axmaq idi. Aysun bir ad xatirinə evlənmiş olsaydı, davam edərdi, uşaq dünyaya gətirərdi və ayrılardı. Aysunda biclik yoxdur. Aysunun ağlı olsaydı, bu addımı atardı. Onsuz da şou-biznesdəkilər uşaq və ərə getmə adı xatirinə ərə gedir. Başqa istəyənə rahatlıqla razılıq versin. Aysun o biclikləri etsəydi, ana olardı. Şam ola, müqəddəs ola, rəhmətə gedərəm, yenə də Rəqsanənin bir kəlməsinə inanmaram”.

Daha sonra Sərxan videoaçıqlama yayaraq Fazilin onu təhqir etdiyini bildirib: “Rəqsanə ilə heç bir problemim yoxdur. Ədavətim onun həyat yoldaşı Fazillədir. Fazil, sən məni təhqir və təhdid etmisən. Ot olub yerdən çıxmışam? Siz nə danışırsınız? Qorxdum… Fazil, səni Moskvada gözləyirəm. Kişiliyin çatırsa, zəng edəndə telefona cavab ver. Vatsapda söyüb telefonu bağlama. Söyüş söymək acizlik, savadsızlıq, avamlıqdır və qorxaqlıqdır”.

Sərxan, həmçinin məhkəməyə müraciət etdiyini əks etdirən ərizəni yayımlayıb.

Qeyd edək ki, Aysun və Eşqin iyunda ailə qurub. Bir müddət əvvəl isə onlar instaqramda birlikdə olan fotolarını siliblər və bir-birini izləmədən çıxarıblar. Lakin cütlük ayrılıq xəbərlərini rəsmi olaraq təsdiqləməyib.

“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi