hia.az

“Nobel” medalını 103 milyon dollara satdı - Ukraynalı uşaqlara görə

280 dəfə baxılıb 21-06-2022, 14:02

“Nobel” medalını 103 milyon dollara satdı - Ukraynalı uşaqlara görə


Rusiyanın “Novaya qazeta” qəzetinin baş redaktoru Dmitri Muratov ukraynalı uşaqlara yardım etmək üçün öz “Nobel” medalını hərracda 103,5 milyon dollara satıb.

Parlametinsesi.az “The Guardian”a istinadən xəbər verir ki, medalı alan şəxsin adı açıqlanmayıb.

Bildirilir ki, bu, mükafat tarixində “Nobel” medalına verilən ən yüksək qiymət olub.

Muratovun sözlərinə görə, əldə edilən gəlir ukraynalı qaçqın uşaqlara yardım etmək üçün YUNİSEF-ə göndəriləcək.

Xatırladaq ki, D.Muratov 2021-ci ilin oktyabrında “demokratiya və davamlı sülh üçün ilkin şərt olan söz azadlığını müdafiə etmək səylərinə görə” Nobel Sülh Mükafatına layiq görülüb. O, mart ayının sonlarında ukraynalı uşaqlara yardım etmək üçün medalını satışa çıxarmaq barədə qərar verib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi