hia.az
hia.az

Direktor olmaq istəyənlər bu gün imtahan verəcək

45 dəfə baxılıb 6-07-2023, 07:37

Direktor olmaq istəyənlər bu gün imtahan verəcək


Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Ümumilikdə 1889 namizədin dəvət edildiyi test imtahanı ölkə üzrə 8 şəhər olmaqla 9 mərkəzdə təşkil olunur.

“Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul qaydaları”na əsasən, müsabiqə yazılı imtahan və müsahibə mərhələsindən ibarət olacaq. İmtahanın müddəti 90 dəqiqədir. Yazılı imtahan mərhələsi test imtahanı və yazı işindən ibarətdir. Test imtahanında namizədlərə pedaqogika, metodika ilə bağlı 20 sual, tənqidi oxu bacarığı, təhsil və idarəetmə üzrə qanunvericilik, liderlik, menecment, riyazi məntiq ilə bağlı hər birinə aid 10 sual olmaqla, ümumilikdə 60 test tapşırığı təqdim ediləcək. Sualların yarısını düzgün cavablandırmış namizədlərə yazı işi üzrə esse mövzuları təqdim olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi