hia.az
hia.az

Bu şəxslərin "Instagram"dan istifadəsi QADAĞAN EDİLƏCƏK

280 dəfə baxılıb 31-08-2021, 14:06

Bu şəxslərin "Instagram"dan istifadəsi QADAĞAN EDİLƏCƏK
"Instagram" sosial şəbəkəsinin istifadəçiləri doğum tarixlərini göstərmələrini tələb edən mesajlar alacaqlar.

Bu barədə "Instagram"ın sahibi olan "Facebook" şirkətinin açıqlamasında deyilir.

Qeyd olunur ki, şirkət gələcəkdə doğum günü göstərilmədən "Instagram"dan istifadəni qadağan edəcək və süni intellekt alqoritmlərindən istifadə edərək məlumatların düzgünlüyünü yoxlayacaq. "Instagram"ın nümayəndələri bildirib ki, sözügedən tələb reklamların daha yaxşı fərdiləşdirilməsinə və uşaqları qoruyacaq funksiyalar yaratmağa imkan verəcək.

"Bildirişi bir neçə dəfə göndərəcəyik. Əgər müəyyən bir vaxtda doğum gününüzü qeyd etməsəniz, "Instagram"dan istifadə etmək üçün bunu etməli olacaqsınız", - "Facebook"un məlumatında deyilir.

Xatırladaq ki, hazırda "Instagram"da təhlükəsizlik səbəbindən 16 yaşdan kiçik olan istifadəçilərin yeni hesabları avtomatik olaraq bağlanır. Bundan başqa, sosial şəbəkə böyüklərin 18 yaşınadək istifadəçilərə şəxsi mesaj göndərmələrinə icazə vermir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi