hia.az
hia.az

TÜRKSOY-un Baş katibi: “Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik”

52 dəfə baxılıb 29-09-2023, 12:20

TÜRKSOY-un Baş katibi: “Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik”


"Türk dünyasının aşiqi olan önəmli şəxsi itirdik".

Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Azərbaycanın Milli Məclisinin deputatı Qənirə Paşayevanın vəfatı ilə bağlı "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Türk dünyasının aşiqi, TÜRKSOY-un dostu olan önəmli bir şəxsi - Qənirə Paşayevanı itirdik. Unutmayacağıq.

Ailəsinə və bütün Türk Dünyasına başsağlığı verirəm. Məkanı cənnət olsun", - Sultan Raev qeyd edib.

Qeyd edək ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.

Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi