hia.az
hia.az

Kəlbəcər yolunda ağır qəza - Ölən və yaralananlar var

132 dəfə baxılıb 11-09-2023, 13:20

Kəlbəcər yolunda ağır qəza - Ölən və yaralananlar var


Ötən gecə Göygöl rayonu ərazisində - Toğanalı-Kəlbəcər yolunda ağır yol qəzası baş verib.

Yeni Zod kəndi ərazisində “KamAZ” markalı yük avtomobili ilə “VAZ 21015” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilində olan sərnişinlərdən Firdovsi Bayramov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Sürücü Bayram Mamedov, həmçinin sərnişinlər Elgün Hüseynli və Halay Tahirli müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Gəncədə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi