hia.az
hia.az

“İşdə məhəbbət macərası” – yeni serial tamaşaçıları sevindirəcək

38 dəfə baxılıb 26-09-2025, 19:22

“İşdə məhəbbət macərası” – yeni serial tamaşaçıları sevindirəcək

Azərbaycan televiziya məkanında tamaşaçıların səbirsizliklə gözlədiyi yeni layihə – “İşdə məhəbbət macərası” serialı oktyabrın 5-dən etibarən ARB TV-də yayımlanacaq.

Serialda baş rolları sevilən aktrisalar – xalq artisti Afaq Bəşirqızı və Əməkdar artist Dilarə Əliyeva ifa edirlər. Onların ekranda yaratdıqları rəngarəng obrazlar həm məişət, həm də iş mühitində baş verən maraqlı hadisələri tamaşaçılara təqdim edəcək.

Layihənin məqsədi yalnız əyləndirmək deyil, həm də gündəlik həyatımızda rast gəldiyimiz situasiyaları yumoristik dillə göstərməkdir. Serial boyunca tamaşaçılar iş kollektivində yaranan münasibətlərə, məhəbbət və dostluq hekayələrinə şahid olacaqlar.

Ən əsası isə “İşdə məhəbbət macərası” hər bölümündə pozitiv əhval-ruhiyyə bəxş etməyi, ailəvi izlənilən bir serial olmağı qarşısına məqsəd qoyub.

Tamaşaçılar artıq oktyabrın 5-dən etibarən hər həftə ARB TV ekranlarında bu maraqlı ekran işindən zövq ala biləcəklər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi