hia.az
hia.az

Benzinin bahalaşması bu maşınlara tələbi artırıb - VİDEO

146 dəfə baxılıb 25-07-2022, 13:00

Benzinin bahalaşması bu maşınlara tələbi artırıb - VİDEO


Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin qalxması ekoloji təmiz avtomobillərə tələbi artırıb.

Nəqliyyat eksperti Eldəniz Cəfərov "Xəzər Xəbər"ə deyib ki, xüsusilə son günlər bu növ nəqliyyat vasitələri alanların sayı çoxalıb. Çünkü bu nəqliyyat vasitələri qismən yanacaqla işləyir və digər avtomobillərlə müqayisədə sərfiyyatı aşağı hesab edilir.

Bununla yanaşı dizel mühərrikli avtomobillərə də tələb çoxalıb.

Mövcud qaydalara görə, elektrik mühərrikli və istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobilləri idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır. Ancaq ekspert hesab edir ki, bu həvəsləndirici addımlar kifayət deyil və belə addımlar davam etdirilməlidir.

Ekspert onu da bildirdi ki, hələlik daxili bazarda payız aylarına qədər avtomobillərin qiymətinin qəfil yüksəlməsi və yaxud enməsi gözlənilmir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi