hia.az
hia.az

Ronaldo Messi ilə foto barədə - “Ümidliyəm ki, mat edən olacam”

122 dəfə baxılıb 21-11-2022, 16:13

Ronaldo Messi ilə foto barədə - “Ümidliyəm ki, mat edən olacam”


Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldo Lionel Messi ilə brend markalardan biri üçün çəkilən fotosundan danışıb.

O, ölkəsinin mediasına açıqlamasında Qətərdə keçirilən dünya çempionatında rəqiblərini mat edəcəyinə ümidli olduğunu bildirib:

“Ümidliyəm ki, dünya çempionatında rəqibləri mat edərəm. Sizdən xahişim isə budur ki, digər oyunçular haqqında danışandan məndən söz açmayın. Onların özləri haqqında sual verin”.

Ulduz forvard “Mançester Yunayted”də və yığmada komanda yoldaşı olan Bruno Fernandeşin onunla görüşməməsi ilə bağlı yayılan video haqda da danışıb: “Bruno təyyarəyə gecikdi və ona “gəmi ilə gəldin” deyə sual verdim. Başqa heç bir problem olmayıb”.

Kriştianu Pirs Morqana verdiyi qalmaqallı müsahibədən də söz açıb: “Mən hər zaman doğru vaxtı seçirəm. Sizin tərəfdən buna baxmaq asandır. Başqalarının nə düşündüyü barədə narahat deyiləm. Mən istədiyim zaman danışaram. Hər kəs mənim kimliyimi və nəyə inandığımı bilir”.
Ronaldo Messi ilə foto barədə - “Ümidliyəm ki, mat edən olacam”

“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi