hia.az

“Bu, xalqın “Qızıl top”udur” - Benzema

156 dəfə baxılıb 18-10-2022, 11:21

“Bu, xalqın “Qızıl top”udur” - Benzema


“Bu, uşaqlıq arzum idi. Mən bunu düşünərək böyümüşəm”.

Bunu “Qızıl top”un qalibi Kərim Benzema mükafatı alarkən deyib.

Fransa millisinin və “Real”ın forvardı fikrinə belə davam edib:

“Həyatda iki kumirim olub - Ronaldo (Nazario) və Zidan. Mən heç vaxt qollarımı aşağı salmamışam və xəyalımı beynimdə saxlamışam. Elə dövr olub ki, millidə yox idim, amma qollarımı aşağı salmayıb işləyirdim. Çətin oldu və bu, məni yalnız zehni səviyyədə gücləndirdi. İşimdən razıyam və çox xoşbəxtəm. “Real”dakı və millidəki komanda yoldaşlarıma təşəkkür edirəm. O cümlədən də, mənim ailəmin bir üzvü olan “Real”ın böyük prezidentinə. Həmçinin Lyon akademiyası və prezidenti Aulas sayəsində “Real”da oynamaq arzumu həyata keçirdim. Bu, xalqın “Qızıl topu”dur. Bu, siyasi mesaj deyil, mənşəyimə görədir. Onlar mənə incə anlarda kömək etdilər”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi