hia.az

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

33 dəfə baxılıb 4-08-2026, 11:09

UEFA Çempionlar Liqası: "Sabah"ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

"Sabah"ı UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin "Orhus"la (Danimarka) səfər matçında 70-ə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.

O, əlavə edib ki, dünən çarter reysi ilə Danimarkaya yollanan komandanın heyətində hər hansı itki yoxdur.

Qeyd edək ki, "Orhus" - "Sabah" matçı sabah, Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək. Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi