hia.az

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub

50 dəfə baxılıb 3-07-2026, 15:16

Bakıda keçiriləcək dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub


Oktyabrın 4–11-i aralığında Bakıda keçiriləcək cüdo üzrə böyüklər arasında dünya çempionatının rəsmi loqosu ictimaiyyətə təqdim olunub.

Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Loqonun əsas ideyası Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasından ilhamlanır.

Dizaynda istifadə olunan alov elementi ölkəmizin simvolunu əks etdirməklə yanaşı, tatamidə mübarizə aparan cüdoçuların dinamizmini, əzmini və qələbə ruhunu vizual şəkildə ifadə edir.

Loqonun rəng həlli dizayna müasirlik, dinamika və vizual dərinlik əlavə edir. Ümumi vizual dil isə dünya çempionatının beynəlxalq miqyasını, nüfuzunu və cüdonun enerjisini ön plana çıxarır.

Rəsmi loqo Bakı-2026 dünya çempionatının vizual kimliyinin əsas elementlərindən biridir. O, qarşıdakı dövrdə yarışın bütün kommunikasiya materiallarında və tanıtım kampaniyasında istifadə olunacaq.

Xatırladaq ki, yarış Milli Gimnastika Arenasında baş tutacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi