hia.az
hia.az

Nazirdən Olimpiadadakı uğursuzluqla bağlı AÇIQLAMA

260 dəfə baxılıb 28-10-2021, 14:29

Nazirdən Olimpiadadakı uğursuzluqla bağlı AÇIQLAMA

“XXXII Tokio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının az medal qazanmasının səbəbləri araşdırılır”.

Bunu Unikal.org-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib. O bildirib ki, hər bir idman növünün özəlliyi və gözləntiləri var: “Biz bu barədə qlobal da danışa bilərik. Amma Oyunlardan əvvəl idmançılarımızdan, federasiyalardan hansı gözləntilərimizin olması da diqqətdə saxlanılmalıdır. Bu problemləri araşdıracağıq. Hazırda bir söz demək çətindir".

Qayıbov Rio-2016 ilə müqayisədə Tokio-2020-də medal sayının az olma səbəbinin nədən qaynaqlandığına baxmağın gərəkliyini vurğulayıb: "Qəflətən nə isə demək çətindir. Aydın olan səbəblər var idi, göz qabağında idi. Müəyyən işlər də var ki, üzərində çalışmaq lazımdır. Bu gün heç kimi tənqid etmək istəmirəm. Biz bundan sonra gələcəyə baxmalıyıq”.

Qeyd edək ki, Azərbaycan idmançıları Tokio-2020-də 7, Rio-2016-da 18 medal qazanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi