hia.az
hia.az

Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min dollar tələb etdilər

99 dəfə baxılıb 17-04-2023, 13:31

Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min dollar tələb etdilər

Azərbaycana gələn Pakistan vətəndaşları həmyerliləri tərəfindən qarət olunub.

Pakistan vətəndaşları - 2003-ci il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı bu barədə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət ediblər. Onlar bildiriblər ki, aprelin 13-də Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-ci il təvəllüdlü Muzammil Muhammad onları H.Əliyev adına Beynəlxalq Hava Limanında qarşılayıb onlara taksi fəaliyyəti göstərəcəkləri adı ilə kirayədə yaşadıqları, Binəqədi rayonu, Azadlıq prospekti ev 192/30, mənzil 20 ünvanında yerləşən, 06.11.1992-ci il təvəllüdlü Ağazadə Ayxan Məzahir oğluna məxsus mənzilə gətirərək əl-qollarını kəndirlə bağlayıb döyüblər, o cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollar və 400 Avro pulunu ələ keçiriblər.

Bundan başqa azad edilmələri müqabilində onlardan əlavə olaraq 20000 ABŞ dollar pulun verilməsini hədə-qorxu ilə tələb ediblər.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
MƏZƏNNƏ
 Valyuta məzənnəsi