hia.az
hia.az

Azərbaycanlı “qanuni oğru”nu öldürən Mətləbə ağır cəza

69 dəfə baxılıb 27-12-2022, 12:19

Azərbaycanlı “qanuni oğru”nu öldürən Mətləbə ağır cəza


Rusiyada azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Albert Rıjiy” ləqəbi ilə tanınan Əli Heydərovu qətlə yetirən Mətləb Sultanovun məhkəmə prosesi başa çatıb.

38 yaşlı M.Sultanov 16 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə Moskva Şəhər Məhkəməsi hökm çıxarıb. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən il baş verib. M.Sultanov Ə.Heydərovu aprelin 12-də Moskvadakı idman zallarının birində tapançadan açdığı atəşlə qətlə yetirib.

Xatırladaq ki, “Albert Rıjıy” 1981-ci ildə Gəncədə anadan olub. “Qanuni oğru” adını 2012-ci ildə Sankt-Peterburqda alıb. “Albert Rıjıy” “Ded Xasan”ın (Aslan Usoyan) ölümündən 8 il sonra Moskvada qətlə yetirilən ilk “Qanuni oğru”dur. O, Sankt-Peterburqun Beloostrovski qəbiristanlığında torpağa tapşırılıb.
Azərbaycanlı “qanuni oğru”nu öldürən Mətləbə ağır cəza

“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi