hia.az
hia.az

Bakıda “Range Rover”lə ağır qəza törədən “AZAL”ın pilotu imiş - Foto

3 dəfə baxılıb 21-09-2022, 10:51

Bakıda “Range Rover”lə ağır qəza törədən “AZAL”ın pilotu imiş - Foto


“Koroğlu” metrosunun yaxınlığında “Range Rover”lə piyadanı vurub öldürən sürücünün məhkəməsi keçirilib.

Hadisə bu il martın 16-na keçən gecə, Heydər Əliyev prospektinin metronun “Koroğlu” stansiyasının qarşısından keçən hissəsində qeydə alınıb. Sürücü idarə etdiyi “Range Rover Sport” markalı avtomobillə 51 yaşlı Mirzəyev Güloğlan İsmayıl oğlunu vurub.

Lüks avtomobilin sürücüsü, 1980-ci il təvəllüdlü Qəniyev Ruslan Ədiloviç Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ölümlə nəticələndikdə) maddəsi ilə təqsirləndirilib. Bakının Nizami Rayon Məhkəməsində ona 1 il sınaq müddəti təyin edilməklə şərti cəza təyin edilib.

Araşdırmalar zamanı məlum olub ki, hadisə nəticəsində vəfat edən şəxs “Ət bazarı”nda alverlə məşğul olub. Qəzanı törədən sürücü isə Azərbaycan Hava Yolları QSC-nin (AZAL) “Airbus” hava gəmisinin kapitanıdır. O, saat 00:07-də evinə qayıdarkən G.Mirzəyev qəfil prospekti keçməyə çalışıb. Nəticədə “Range Rover Sport” markalı avtomobilin altında qalan şəxs vəfat edib.
Bakıda “Range Rover”lə ağır qəza törədən “AZAL”ın pilotu imiş - Foto
Bakıda “Range Rover”lə ağır qəza törədən “AZAL”ın pilotu imiş - Foto


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi