hia.az

Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - Fotolar

176 dəfə baxılıb 29-08-2022, 18:13

Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - Fotolar


Bakıda 30 yaşlı iş adamının ölümü ilə nəticələnən yol qəzası baş verib.

Avqustun 28-i saat 23 radələrində paytaxtın Nərimanov rayonu Koroğlu Rəhimov küçəsində naməlum sürücü idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Nurəddin Məmmədlini vuraraq hadisə yerini tərk edib. Nəticədə piyada oradaca ölüb. Avtomobil rayon ərazisində tapılıb.

İnsidenti törədən sürücünün müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.

Qeyd edək ki, qəzada vəfat edən 30 yaşlı N.Məmmədli “Bakumoz” kitab evinin sahibidir. O, bukinist və dizayner kimi də fəaliyyət göstərib. Kitab evi metronun “28 May” və “Neftçilər” stansiyaları yaxınlığında fəaliyyət göstərir.

O, 3 ildir ki, ailəli imiş.

Bakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - FotolarBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - FotolarBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - FotolarBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - FotolarBakıda 30 yaşlı iş adamı faciəvi şəkildə öldü - Fotolar

“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi