hia.az
hia.az

Azərbaycanda DƏHŞƏT: İki qadın yanaraq öldü

147 dəfə baxılıb 25-07-2022, 12:19

Azərbaycanda DƏHŞƏT: İki qadın yanaraq öldü

Tovuzda yanğında iki nəfər ölüb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Tovuz rayonunun İbrahimhacılı kəndində ümumi sahəsi 144 kv.m olan birmərtəbəli evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 115 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları 25 kv.m sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1954-cü il təvəllüdlü Quliyeva Yaqut Fəryad qızının və 1952-ci il təvəllüdlü Cabbarova Həqiqət Səməd qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Köməkçi tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi