hia.az
hia.az

“Ermənistan Qarabağla bağlı təkliflə razılaşmadı, dedilər, savaşacağıq” - Putin

96 dəfə baxılıb 12-09-2023, 20:37

“Ermənistan Qarabağla bağlı təkliflə razılaşmadı, dedilər, savaşacağıq” - Putin


Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında vaxtilə Qarabağ münaqişəsinin həlli üçün öz variantlarını təklif etməsindən danışıb.

Rusiya liderinin sözlərinə görə, Ermənistan bu təkliflə razılaşmayıb:

“Biz nizamlanma üçün öz variantlarımızı təklif etmişdik. Məncə, bu, yaxşı bəllidir. Ermənistan 7 rayona nəzarət edirdi. Hansı ki, Emənistan-Azərbaycan konfliktindən sonra öz nəzarətinə almışdı. Biz Azərbaycanla Kəlbəcər və Laçın rayonlarının və bütün Qarabağın faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalması ilə razılaşma təklif etdik. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı. Ermənistan rəhbərliyini onillər ərzində inandırmağa çalışdıq. Fərqli variantlar var idi, amma yekunda hamısı buna gəlib çıxırdı. “Nə edəcəksiniz?” sualına “savaşacağıq” cavabını verdilər. Yekunda hər şey mövcud olan situasiyaya gəlib çıxdı”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi