hia.az

Lənkəranda övladlığa verilən 15 yaşlı qız qaçırılıb?

123 dəfə baxılıb 4-09-2023, 10:03


“Lənkəranda illər əvvəl notarial qaydada uşaqdan imtina yazılıb. Övladlığa verilmə prosesi məhkəmə yolu ilə həyata keçirilib. Gözəl bir ailə formalaşıb. İndi isə məxfilik pozulub və uşaq qaçırılıb”.

Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə "Facebook"da yazıb. Onun sözlərinə görə, 15 yaşlı qızı bioloji ana və qohumları qaçırıblar:

“Qıza nə ediblərsə, qız rəsmi anaya dönmür. Uşaq övladlığa götürən ailənin ad, soyadında... Qonşular uşağın məcburən saxlandığını iddia edirlər. Məxfiliyin pozulması cinayət tərkibi yaradır. Uşağın qaçırılması da cinayət tərkibi yaradır. Uşağın başına nə gələcəyi min bir fikir yaradır. Rəsmi ailə yalvarır. Uşaq təzyiq altında “getmirəm” deyir”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi