hia.az
hia.az

Sertifikatlaşdırılma imtahanının nəticələri MƏLUM OLDU

101 dəfə baxılıb 2-09-2023, 10:54

Sertifikatlaşdırılma imtahanının nəticələri  MƏLUM OLDU


Avqustun 31-də sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri açıqlanıb.

Nəticələr müəllimlərin şəxsi kabinetinə göndərilib.

Həmin gün ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat fənni üzrə pedaqoji stajı 3 il olan, həmçinin könüllü şəkildə iştirak etmək istəyən 60 və daha yuxarı yaşda olan təhsilverənlər üçün sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsi təşkil olunub. Ölkə üzrə 13 şəhər olmaqla 22 imtahan mərkəzində təşkil olunan test imtahanlarında 2 154 müəllim iştirak edib.

Qeyd edək ki, 31 avqust tarixində təşkil olunan sertifikatlaşdırılma prosesinin test imtahanı mərhələsinin nəticələri müəllimlərin şəxsi kabinetinə göndərilib. Müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanı nəticələri ilə tanış ola bilərlər.

Məllimlər test imtahanı mərhələsində təqdim olunan suallarla bağlı müraciətlərini 4 sentyabr saat 11:00-a qədər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla ünvanlaya bilərlər.

Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan olunacaq.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi